Lexio işinizi minlərlə real məhkəmə qərarı ilə tutuşdurur: oxşar işlərin neçəsi qazanılıb, neçəsi uduzulub və niyə. Nəticəni proqnoz kimi deyil, praktika kimi görürsünüz.
Beynəlxalq standart · Yerli hüquq
Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı, 2021–2026, emal olunub və təsnif edilib
Mənbə: məhkəmə portalında dərc olunmuş qərarlar. Mülki və inzibati xəta qərarları yüklənir.
Kassasiya şikayətinin təmin olunma payı, mövzu üzrə. Hər beş şikayətdən təxminən biri təmin olunur, amma vergi və gömrük işlərində bu göstərici pensiya işlərindən xeyli yüksəkdir.
Prosessual qərarlar hesaba alınmayıb. Ali Məhkəmənin İnzibati Kollegiyası, 2021–2026, 6 881 qərar. Ölçü xətti 0–100%.
Halı yazırsınız, səslə deyirsiniz və ya sənədin şəklini göndərirsiniz.
Baza mənaya görə oxşar işləri tapır — eyni sözlər işlənməsə belə.
Neçə iş təmin, neçəsi rədd edilib və rədd səbəbləri hansı qruplara düşür.
Hər fikrin arxasında qərar nömrəsi və bənd göstərilir. Nömrəsiz fikir cavaba düşmür.
Halı yazın — oxşar qərarların bölgüsü, məhkəmələrin yanaşması, qərar nömrələri və bəndlərlə istinad, iddiaya hazır mövqe abzası. Telegram və sayt üzərindən.
Sınaq pulsuz · Pro 59 AZN/ay
ƏtraflıDövlət orqanlarına qarşı işlər: torpaq və əmlak, sökülmə, pensiya, qeydiyyat.
Boşanma, aliment, uşağın yaşayış yeri, əmlak bölgüsü, qeydiyyatdan çıxarma.
Cərimə və protokoldan şikayət — oxşar işlərdə sürücünün xeyrinə çıxmış qərarlarla.
Vergi mübahisələri və yoxlamalar. Bazada 964 vergi qərarı, təmin payı 30%.
Pasiyent müqavilələri, razılıq formaları, klinikanın sənəd dövriyyəsi.
Əmək mübahisələri və digər işlər üzrə də müraciət qəbul olunur — əlaqə.
Sənədi göndərin. Bazada oxşar qərarların sayını və nəticələrini birinci mərhələdə pulsuz bildiririk.