Lexio. LegalTech Pulsuz yoxlama
Hüquqi sənəd · layihə

İstifadə şərtləri

Lexio platformasından (lexio.az, Lexio Qərar, Lexio Kabinet) istifadə qaydaları. Son yenilənmə: 06.11.2026.

1. Xidmətin mahiyyəti

Lexio MMC məhkəmə portallarında dərc olunmuş qərarların axtarışı, təsnifatı və ümumiləşdirilməsi xidmətini göstərir. Platformanın cavabları məhkəmə qərarlarının ümumiləşdirilməsidir və konkret iş üzrə hüquqi rəy, məsləhət və ya nəticə zəmanəti sayılmır. Qərarların təsnifatı avtomatik aparılır və xətalar ola bilər; istinad etməzdən əvvəl qərarın tam mətnini yoxlamaq istifadəçinin öhdəliyidir.

2. Hesab

İstifadəçi qeydiyyat zamanı doğru məlumat verir və parolun məxfiliyinə görə məsuliyyət daşıyır. Bir hesab bir şəxs tərəfindən istifadə olunur. Hesabdan başqasına istifadəyə vermək qadağandır.

3. Paketlər və limitlər

Sorğu və tam mətn limitləri seçilmiş paketə görə müəyyən edilir və saytda göstərilir. Avtomatlaşdırılmış vasitələrlə kütləvi yükləmə, bazanın və ya onun hissəsinin surətinin çıxarılması, üçüncü şəxslərə satılması qadağandır; belə hallarda hesab xəbərdarlıqsız bloklana bilər.

4. Lexio Kabinet məlumatları

Kabinetə daxil edilən iş məlumatları yalnız istifadəçiyə görünür. Qeydlər şifrələnmiş formada saxlanılır. İstifadəçi müştəri məlumatlarını vəkil sirri tələblərinə uyğun daxil etməyə özü cavabdehdir; zərurət olmadıqda tərəflərin tam şəxsi məlumatlarının daxil edilməməsi tövsiyə olunur. Müddət xatırlatmaları köməkçi xarakter daşıyır — prosessual müddətlərin hesablanmasına görə məsuliyyət istifadəçinin üzərində qalır.

5. Məlumatların saxlanılması

Məlumatlar Avropa İttifaqında (Almaniya) yerləşən serverlərdə saxlanılır. Qeydiyyatdan keçməklə istifadəçi buna razılıq verir. İstifadəçi istənilən vaxt hesabının və bütün məlumatlarının silinməsini tələb edə bilər.

6. Ödəniş

Ödənişli paketlər əvvəlcədən ödənilir. Paket müddəti bitdikdə istifadə olunmamış limitlər növbəti dövrə keçirilmir.

7. Əlaqə

Şərtlərlə bağlı suallar üçün: info@lexio.az. Lexio MMC, Bakı şəhəri.

Fikir yox, məhkəmə qərarı

Vəziyyətinizi praktika ilə yoxlayaq

Sənədi göndərin. Bazada oxşar qərarların sayını və nəticələrini birinci mərhələdə pulsuz bildiririk.

Müraciət edin