Lexio — Bakıda qurulmuş LegalTech platformadır. Azərbaycan məhkəmələrinin qərarlarını toplayır, təsnif edir və hər müraciəti real praktika ilə tutuşdurur.
Hüquqi məsləhət adətən ya ümumi ifadələrdən, ya da nikbin proqnozdan ibarət olur. İnsan real vəziyyətini məhkəməyə gedib aylar sonra öyrənir — halbuki eyni məsələ üzrə onlarla analoji qərar artıq dərc olunub.
Qərarlar məhkəmə portalından yüklənir, mətn çıxarılır, hər qərar üçün nəticə, şikayətçi tərəf və mövzu müəyyən edilir. Sorğu gələndə sistem oxşar işləri tapır və cavabı yalnız qərarlara istinadla qurur. Nömrəsi olmayan fikir cavaba düşmür.
Platformanın arxasında praktik vəkillər dayanır — cinayət, inzibati, əmək və ailə işləri üzrə. Texnologiya praktikanı göstərir, işi isə Lexio MMC ilə müqavilə əsasında hüquqşünas aparır.
Sənədi göndərin. Bazada oxşar qərarların sayını və nəticələrini birinci mərhələdə pulsuz bildiririk.